Körpələrin yuxu rejimi onların sağlam və tez böyüməsinə kömək edir.
3

Yuxunun normada olması insanın əsəbinə, sağlamlığına nə dərəcədə təsir edirsə, körpələrin böyüməsinə də bir o qədər təsir edir.
Körpələrin yuxu rejimi onların sağlam və tez böyüməsinə kömək edir. Ona görə də uşaqların yuxu rejimini daim nəzarətdə saxlamaq lazımdır. Yeni doğulmuş körpələrə gündəlik qidalanmadan çox, normal yuxu rejimi daha vacibdir və onların tez böyüməsində bu çox önəmlidir.
Körpə uşaqların yuxu rejimini sizə təqdim edirik:

1 aylıq uşaq – 20-21 saat;
2 aylıq uşaq. – 18 saat;
3-4 aylıq uşaq – 16 saat;
5-6 aylıq uşaq – 15 saat;
7-12 aylıq uşaq– 13 saat;

1 – 2 yaş arası uşaqlar gündüz saatlarında 2-3 saat arası, axşam 10-11 saat yuxu yatmalıdır;
2 – 7 yaş arası uşaqlar gündüzlər 2- 2.5 saat, axşamlar isə 10-11 saat yatlmalıdır.
7 yaşdan yuxarı uşaqların günorta heç olmasa saat yarım yatması məsləhətdir. Çünki uşağın yuxu rejimi körpəlikdən normada olmalıdır. Bu körpəlikdən vərdiş edilsə, zamanla uşaq bu çərçivədən çıxa bilməyəcək. Belə uşaqların adətən əsəbləri sakit olur. Analar əsasən uşaqları eyni saatda yatmalarına diqqət etsələr, uşaq buna daha tez vərdiş edəcək.