Körpələrin yuxu rejimi onların sağlam və tez böyüməsinə kömək edir.

3

Yuxunun normada olması insanın əsəbinə, sağlamlığına nə dərəcədə təsir edirsə, körpələrin böyüməsinə də bir o qədər təsir edir.
Körpələrin yuxu rejimi onların sağlam və tez böyüməsinə kömək edir. Ona görə də uşaqların yuxu rejimini daim nəzarətdə saxlamaq lazımdır. Yeni doğulmuş körpələrə gündəlik qidalanmadan çox, normal yuxu rejimi daha vacibdir və onların tez böyüməsində bu çox önəmlidir.
Körpə uşaqların yuxu rejimini sizə təqdim edirik:

1 aylıq uşaq – 20-21 saat;
2 aylıq uşaq. – 18 saat;
3-4 aylıq uşaq – 16 saat;
5-6 aylıq uşaq – 15 saat;
7-12 aylıq uşaq– 13 saat;

1 – 2 yaş arası uşaqlar gündüz saatlarında 2-3 saat arası, axşam 10-11 saat yuxu yatmalıdır;
2 – 7 yaş arası uşaqlar gündüzlər 2- 2.5 saat, axşamlar isə 10-11 saat yatlmalıdır.
7 yaşdan yuxarı uşaqların günorta heç olmasa saat yarım yatması məsləhətdir. Çünki uşağın yuxu rejimi körpəlikdən normada olmalıdır. Bu körpəlikdən vərdiş edilsə, zamanla uşaq bu çərçivədən çıxa bilməyəcək. Belə uşaqların adətən əsəbləri sakit olur. Analar əsasən uşaqları eyni saatda yatmalarına diqqət etsələr, uşaq buna daha tez vərdiş edəcək.

Südəmər uşağa su vermək lazımdırmı?

5

Südəmər uşağa su vermək lazımdırmı?

Analar bilir ki, körpənin menyusuna əlavə qidalar (sıyıqlar, püre və s.) daxil edildikdən sonra su da daxil edilməlidir. Bəs bundan əvvəl? Ana südü və ya süni süd ilə qidalanan uşağa su vermək lazımdırmı?

Uşaqlar əlavə qidalar alana qədər qidanı yalnız maye şəklində alırlar: ya ana südü, ya da onu əvəz edən adaptasiya olunmuş süni qida şəklində. Əksər hallarda bu qidalarda olan mayenin miqdarı uşağın suya olan tələblərini təmin edə bilir və uşaq əlavə olaraq su içmək istəmir. Əsasən bu yalnız ana südü ilə qidalanan uşaqlara aiddir. Süni südlə qidalandırılan körpələrə su vermək lazımdır. Ancaq bəzi hallarda hətta yalnız ana südü ilə qidalanan uşaqda suya tələbat yarana bilər.

Birincisi – əgər uşaq təbii ana südü ilə qidalandırılırsa, ananın südü müəyyən fərdi xüsusiyyətlərə də malik ola bilər, məsələn, nisbətən yağlı və ya şirin ola bilər ki, bunun da nəticəsində uşaqda yanğı hissiyyatı yarana bilər.
İkincisi – havanın temperaturu yüksək olduqda, uşaq tərlədiyi və müəyyən miqdarda su itirdiyi üçün, əlbəttə ki, onda suya olan tələbatı da artmış olacaqdır;

Üçüncüsü – yanğı hissiyyatı, uşağın hərarətinin yüksəlməsi, ishal və ya qəbizliyin olması səbəblərindən də yarana bilər. Ona görə də körpələrə mütləq su içirtmək lazımdır, ancaq onu buna məcbur etmək də olmaz.

Uşaq özünü narahat hiss etdikdə ona əlavə olaraq su da təklif etmək lazımdır (sancılar olduqda uşağa bir qədər su verilərsə, bu, onun qarnındakı ağrıların azalmasına da kömək edir, həmçinin onun narahatlığının səbəbi yanğı hissiyyatı da ola bilər).

Uşaqlara tualet vərdişini necə öyrədək?

3

Uşaqlara tualet vərdişini necə öyrədək?

Yeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri-iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişınə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək, qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsməyin. Əvvəlcə istərdim onu qeyd edim ki, tualet vərdişinə başlamaq vaxtını necə müəyyən edə bilərsiniz:

• Fikir verin, uşağınız gündüz vaxdı sərbəst şəkildə ən azı 2 saat altını quru saxlaya bilirsə;
• Uşağınız böyük tualetə gizli gedir və sonradan sizə xəbər verirsə;
• Tualetini etdiyini hərəkətləri və mimikaları ilə sizə başa salmağa çalışırsa;
• Günorta yuxusundan artıq altını islatmadan qalxırsa;
• Dediyiniz bəsit və asan tapşırıqları yerinə yetirirsə.

Əgər sizin də övladınız yuxarıda sadaladığım hərəkətləri edirsə, deməli, onu artıq sərbəst şəkildə tualet vərdişinə öyrədə bilərsiniz. Vacib məqamlar:

1. Vaxtı uzatmayın (qonaq gedəcəm, qonaq gələcək, rayona gedəciyik və s. bu kimi bəhanələrdən uzaq olun).
2. Uşağınıza münasib güvəc (“qarşok”) alın. Uşaqlar yeriməyi təzə öyrəndikləri üçün xoşlayırlar ki, ayaqları yerə dəysin. Güvəci evin hər yerində gəzdirməyin. Onu hamama, uşağın öz otağına, ən son olaraq koridora qoya bilərsiniz. Uşağınız tualetini edəndə onu alqışlayıb sevinməyin. Çünki uşaq normal bir şey etdiyini başa düşməlidir. Uşağınızı o vaxt mükafatlandıra bilərsiniz ki, məsələn, deyin bu gün tualetin gələndə mənə de gedək tualetimizi edək. Günün sonuna kimi sizin dediyinizə əməl etsə, onda onu sevdiyi bir şeylə mükafatlandırın. Bu, şiriniyyat ola bilər. Əgər uşaq oturmaq istəmirsə, onu güclə otuzdurmayın.
3. Uşağınıza oyuncaqlar vasitəsilə tualet vərdişini öyrədin. Məsələn, oyuncaqları düzün – kimisi tualetə getsin, güvəcə otursun və s.
4. Uşağınız tualetini edib qurtardıqdan sonra bir yerdə gedib təmizliyinə komək etməsinə icazə verin. Məsələn, siz güvəci boşaldın, o isə unitazın sifonunu çəksin.
5. Qətiyyən uşaqlarınıza tualetlərini etdiyi zaman qışqırmayın, acılamayın, əsəbləşməyin. Maksimum sakit və anlayışlı olun. Çünki bizim əsas məqsədimiz uşaqlara tualet vərdişinin normal bir proses olduğunu öyrətməkdir. Əgər bu mərhələdə uşaqlara travma versəniz, bu, onun gələcək həyatına mənfi təsir edəcək.

Yeni doğulmuş uşağın hiss üzvləri

1

Yeni doğulmuş uşağın hiss üzvləri

Hiss üzvləri hələ uşaq anadan olanda işləyir, lakin tam yox.
Gözlər
Uşaq anadan olanda ilk saatlar onun gözləri hələ tərpənmir. Bir neçə saatdan sonra gözlər birgə tərpənir, lakin uşaq hələ baxmır. Parlaq işıq mane olur, onu qıcıqlandırır və o özünü narahat hiss edir. Buna görə də yeni doğulmuş uşağın olduğu otaqda çox parlaq işıq olmamalıdır. Adətən yeni doğulmuş uşağın gözləri mavi olur. Mavi gözlü uşaqların bir qisminin gözlərində iki yaşına qədər piqment toplanır və bunlar tündləşib qonur olur, sonralar daha da tündləşə bilər, lakin təzədən mavi olmur.
Uşaq anadan olan kimi həkim yaxud mama uşağın gözlərinə dərman tökür. Bunu uşaq doğuş yollarından keçərkən gözlərinə anadan mikrob düşməsi ehtimalına qarşı edirlər, mikrob düşmüş olsa, gözlərdə iltihab baş verə bilər yaxud uşaq kor olar. Dərman tökməklə bunun qarşısı alınır.
Uşaq anadan olandan sonra bir neçə gün gözlərinin künclərindən çoxlu ifrazat gəlir. Göz qapaqları şişməyibsə və göz almasında qızartı yoxsa, təşvişə düşmək lazım deyil, bu təzə hazırlanmış çobanyastığı dəmləməsinə batırılmış steril pambıqla gündə bir neçə dəfə silməklə keçib gedir. Pambıq əvəzinə təzə yuyulub ütülənmiş ağ parçadan da istifadə etmək olar, lakin eyni pambıq və ya parçadan iki dəfə istifadə etmək olmaz.
Gözlərə yaxşı qulluq etdikdə bir neçə gündən sonra ifrazat kəsilir.

Qulaqlar
Yeni doğulmuş uşağın qulaqları eşidir. İlk günlər uşaq telefon zənginə yaxud asta danışana hələ əhəmiyyət vermir, lakin qapını bərk örtdükdə yaxud küçədən yük maşını keçdikdə səksənir, bəzən səs-küy və bərk səs olduqda ağlayır. Uşağı bərk səsdən və səs-küydən qorumaq lazımdır.
Vaxtında doğulmuş uşağın qulaq seyvanı tam inkişaf etmiş olur, lakin çox vaxt uşaqlar anadan olanda qulaqları şiş olur. Bəzən uşaq başını daha çox çevirdiyi tərəfdə qulaq seyvanı bir qədər yastı olur. Sonralar uşaq hər iki tərəfdə yatdıqda qulaq seyvanı normal vəziyyət alır.
Uşağın şəlpəqulaq olmasını uşaq yatanda başın düz qoyulmaması ilə izah etmək düzgün deyil. Buna görə də qulağa yapışqanlı plastır qoymağın əhəmiyyəti yoxdur, çünki bunu çıxardıqda (hətta o çox qalmış olsa belə) qulaq seyvanı əvvəlki vəziyyətini alır. Bu inkişaf qüsurunu ancaq cavan yaşında cərrahi əməliyyatla düzəltmək mümkündür.

Dadbilmə hissiyyatı
Yeni doğulmuş uşaq dad bilir. Belə ki, bəzi uşaqlar çay şirin olmadıqda içmirlər. Birinci həftədə uşağın üzü qırışır, duzlu və ya acı yemək verdikdə uşaq üzünü turşudur və yeməyi ağzından çıxarır. Südəmər uşaq şirin yeməyi həvəslə yeyir, turş və ya acı yeməyi isə ağzına almaq istəmir. Doğrudur, yeni doğulmuş bəzi uşaqlar şirin olmayan çayı həvəslə içirlər yaxud nadir hallarda bir neçə damcı limon şirəsi tökülmüş çayı da içirlər.

Dəri
Uşaq anadan olanda dərisinin üzərində sarımtıl-ağ rəngli, kəsmiyəbənzər maddə olur, bunun tərkibində uşağın inkişafına lazım olan çoxlu miqdarda vitamin və hormon olur. Bir neçə saatda bu maddə sorulur. Bundan sonra uşağın dərisi çəhrayı rəng alır, məxmər kimi hamar və yumşaq olur. Sonralar südəmər uşağın dərisi quruyur, qabıq verir və bəzən kiçik yaralar əmələ gəlir. Uşağın dərisinə yaxşı qulluq etməklə bunun qarşısını almaq mümkündür.
Bəzən sağlam uşağın dərisi 1-2 gün göyümtül olur. Belə halda uşağı mütləq həkimə göstərmək lazımdır, çünki dərinin göyərməsi ürək qüsuru ilə əlaqədar ola bilər. Bəzən dərinin rəngi birdən-birə dəyişir. Bu həmişə qorxulu əlamətdir, belə uşağa dərhal həkim yardımı lazımdır. Dərinin rəngi qan dövranı və ya tənəffüs pozulduqda dəyişir lakin uşaq üşüdükdə də dəyişə bilər, lakin bu, birdən-bir olmur.
Döş vəzisinin şişməsi. Yeni doğulmuş bəzi uşaqlarda, həm qızlarda, həm də oğlanlarda, 5-6-cı gün süd vəzisi şişir, bəzən məmədən südəbənzər maddə ifraz olunur. Bu xəstəlik deyildir. Doğuş vaxtı ananın qanında süd ifrazına kömək edən maddələr (hormonlar) dövr edir. Bu maddələrin bir hissəsi uşağın qanına keçir ki, bu da sonradan onun məməsindən qısa müddət ifrazat gəlməsinə səbəb olur. Bu hal heç bir müalicəsiz bir neçə gündən sonra keçib gedir. Uşağın süd vəzilərini sıxmaq qətiyyən olmaz, çünki bu, onların ağır iltihabına səbəb ola bilər.

Damarların genişlənməsi.

Çox vaxt yeni doğulmuş uşağın iki qaşı arasında və ənsəsində tək-tək və ya bir-birilə birləşən qırmızı ləkələr olur. Bunlar genəlmiş qan damarlarıdır. Adətən bir yaşına qədər bu ləkələr itib gedir və dəri normal rəng alır. Bu ləkələrə fikir vermək lazımdır, bunlar artarsa, həkimə müraciət edin.

Dəri hissiyyatı. Uşaq anadan olandan başlayaraq ona əl vurulmasına çox həssas olur, onunla necə rəftar edilməsini hiss edir.
Uşağı kobud tutduqda əzələlər qıc olmuş kimi yığılır, o diksinib ağlayır. Uşağı incə, ehtiyatla tutduqda isə o əzələlərini boşaldır və özünü sakit aparır. Birinci gündən uşaq istini, soyuğu və ağrını hiss edir. Uşağın kəskin isti-soyuğa düşməsinə yol vermək olmaz, hər cür ağrılardan qorumaq lazımdır.

Müvazinət hissi 
Südəmər uşaq bədənin vəziyyətinin dəyişməsini hiss   edir.   Uşağı   ələ götürəndə yaxud onu yatırdanda, ilk aylar onun başını tutmaq lazımdır, çünki o özü başını saxlaya bilmir. Uşağın arxası və çiyin qurşağı ananın qolları üzərində sərbəst olduqda və ana onu azca özünə qısdıqda uşaq özünü yaxşı hiss edir. Ana o biri əli ilə uşağı altdan tutur.
Uşağı nəinki birinci aylar, hətta özü oturana qədər məhz bu cür götürmək və qucaqda gəzdirmək lazımdır.
Südəmər uşaq tez-tez diksinir. O nəinki parlaq işıqdan, qəflətən olan və ya güclü səsdən, həm də yuxudan ayılanda, onun yerini birdən-birə dəyişəndə, xüsusən ilk həftələr, diksinir. Bu, əsəb pozğunluğunu göstərmir.
Daha həssas bəzi südəmər uşaqlar sonralar da diksinirlər. Rahat, sakit şəraitdə bu cür yüksək həssaslıq tədricən keçib gedir.

Körpənin yatağı necə olmalıdır?

Без имени-2

Körpənin yatağı necə olmalıdır?

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil.
Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.

Dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır.Əksər valideynlər yeni doğulmuş uşaq üçün ortopedik yatağın vacib olduğunu bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, allergiya və bir çox problemlərlə üzləşirlər. Müasir dövrdə uşaqlar üçün hər şey mağazadan alınır və çox vaxt hazır məhsulun materialının təbii olub-olmamasına diqqət yetirilmir.
Uşaq böyüklər kimi yun döşəkdə, nahamar yerdə və toyuq tükündən iri yastıqda yata bilməz. Onların hələ formalaşmamış sümük, onurğa və daxili orqanlarının düzgün yer alması üçün hər bir valideyn övladı doğulandan rahat yataq təşkil etmək qayğısına qalmalıdır.
Mütəxəssislərin fikrincə, 3 yaşına kimi körpələr içi təbii materialla doldurulmuş bərk döşəkdə yatmalıdır. 3 yaşından 7 yaşına kimi uşaqlar üçün orta bərklikdə döşək lazımdır, həmçinin uşaq çarpayılarının öz döşəklərində metal detal olmamalıdır. Metal elektrostatik və maqnit təsir göstərir ki, bu da uşaq orqanizmi üçün zərərlidir.

Körpələr üçün natural lateks və viskomaterialdan döşəklər uyğundur. Uşaq döşəyi hava almalı, hipoallergen, ortopedik, düzgün ölçüdə, mikrob əleyhinə, keyfiyyətli natural üzlüklə və sərt olmalıdır. Uşağın boyun və başının formasını düzgün alan yastıq da vacibdir. Yeni doğulmuş körpəyə yastıq lazım deyil, onun başının altına bir neçə dəfə qatlanmış bələk qoymaq kifayətdir. Üstünə örtülən material da pambıqdan olmalıdır.

Nova aptek

Nova aptek

+99412 510 72 28

Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi
Nova aptek

+99412 510 72 28

Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi
+99412 510 72 28
 Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi

Nizami aptek

Nizami aptek

+99412 595 20 33

Bakı şəhəri , Yasamal rayounu, Salatın Əsgərova ev 79 m 22
Nizami aptek

+99412 595 20 33

Bakı şəhəri , Yasamal rayounu, Salatın Əsgərova ev 79 m 22
+99412 595 20 33
Bakı şəhəri , Yasamal rayounu, Salatın Əsgərova ev 79 m 22/h5>

Kristal Aptek

Kristal Aptek

+99412 537 16 36

+99455 455 91 63

Bakı ş, Yasamal r, Ələsgər Ələkbərov ev 510 cu mehelle menzil M 13 B

Çıraq Aptek

Çıraq Aptek

+99412 510 07 12

+99455 455 85 79

Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi 510 məhəllə ev 13b, m 16

Xəzər Aptek

Xəzər Aptek

+99412 453 52 13

Bakı şəhəri Xəzər rayonu Buzovna ŞTQ, Heydər Eyvazov küçəsi ev 14B
Xəzər Aptek

+99412 453 52 13

Bakı şəhəri Xəzər rayonu Buzovna ŞTQ, Heydər Eyvazov küçəsi ev 14B
+99412 453 52 13
Bakı şəhəri Xəzər rayonu Buzovna ŞTQ, Heydər Eyvazov küçəsi ev 14B

Şəfqət aptek

Şəfqət aptek

+99412 436 23 71

Bakı şəhəri Xətai rayonu, H.Salmani küç, 5 saylı bina 1-ci mərtəbə
Şəfqət aptek

+99412 436 23 71

Bakı şəhəri Xətai rayonu, H.Salmani küç, 5 saylı bina 1-ci mərtəbə
+99412 436 23 71
Bakı şəhəri Xətai rayonu, H.Salmani küç, 5 saylı bina 1-ci mərtəbə

Your Life Aptek

Your Life Aptek

+99412 428 12 74

+99455 455 90 84

Bakı ş. Sabunçu r-nu Bakıxanov qəs. Muxtar Fətəliyev küç. 32, mənzil 2.

Kanon Sabunçu

Kanon Sabunçu

+99412 425 67 36

+99455 200 43 53

Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ŞTQ E.Xəlilov ev 1 (S.Qocayev 142, bina 1)

İşıq aptek

İşıq aptek

+99412 429 65 68

Bakı şəh, Sabuncu R.Bakıxanov ştq Ev.Gənclər küc.m.4081 məh
İşıq aptek

+99412 429 65 68

Bakı şəh, Sabuncu R.Bakıxanov ştq Ev.Gənclər küc.m.4081 məh
+99412 429 65 68
Bakı şəh, Sabuncu R.Bakıxanov ştq Ev.Gənclər küc.m.4081 məh

Farmeqa aptek

Farmeqa aptek

+99455 455 81 30

Sabunçu rayonu Bakıxanov ŞTQ M.Fətəliyev prospekti ev 3D m.
Farmeqa aptek

+99455 455 81 30

Sabunçu rayonu Bakıxanov ŞTQ M.Fətəliyev prospekti ev 3D m.
+99455 455 81 30
Sabunçu rayonu Bakıxanov ŞTQ M.Fətəliyev prospekti ev 3D m.