Hazırda göstərilən məhsul sayı: 4

ATOPİK DERMATİT ÜÇÜN KREM. SU ƏSASLI 75 ML

16.30 AZN
Sink oksid əsaslı (25%) krem qızartını və qıcıqlanmaları götürərək dərini sakitləşdirir. Qıcıqlanmaya səbəb olan xarici faktorlara qarşı müdafiə baryeri yaradır. Uşağın sağrı nahiyəsində qızartını və müxtəlif dərəcədə olan qıcıqlanmanı yumuşaldır, sakitləşdirir, xarici mühitin təsirindən qoruyur. Tərkibindəki qliserin və pantenol sakitləşdirici və tonuslayıcı təsirə malikdir, dərinin regenerasiyasını təmin edir. Qızartılar və qıcıqlanmalar iki gün istifadədən sonra azalır. Tərkibi:Qliserın, sink oksid (25%), kalsium karbonat, su, talk, pantenol, dehydroksantan. Məhsulun üstünlükləri: Effektivlik: Eritema zamanı - ikinci gündən Quruluq zamanı - birinci gündən Dərinin qıcıqlanmış sahələrini sakitləşdirir və yumşaldır - 100% Qızartını azaldır - 90% Dərini bərpa edir - 100% İstifadəsi:Dəridə qızartıların və qıcıqlanmaların müalicəsində dərinin uşaq bezi altı nahiyəyə və büküşlər arasına təmiz və quru dəri üzərinə gündə bir neçə dəfə hər gün istifadə edilməlidir.

BƏDƏN VƏ BAŞ ÜÇÜN TƏMİZLƏYİCİ GEL 350 ML

25.20 AZN
Dermopediatriya Gelin hipoallergen formulası ikisi birində xüsusən quru, qıcıqlanmış və atopik dəri üçün hazırlanıb. Gel quru və atopik dərini qıcıqlandırmadan qoruyur, suyun codluğunu yumuşaldır, kəpəyin qarşısını alır.Tərkibində olan yağ turşularının hesabına yenidoğulmuşların epidermisini yumuşaldır, qidalandırır və sakitləşdirir.E vitamini dərinin hidrolipid təbəqəsini qoruyur, möhkəmləndirir və baryer funksiyasını yaxşılaşdırır.Qliserin epidermisə yumuşaldıcı təsir göstərir və toxumalarda suyun ləngiməsini təmin edir.Dozatorun olması rahat və ekonomik istifadəsinə imkan verir.Gözləri qıcıqlandırmır. Yapışqanlıq hissi yaratmır. Tərkibi: Kokos və günəbaxan tumlarının yağı, vitamin E, qliserin, Hydra-Bleine® buğda toxumlarının proteinlərinin və yağlarının əsasında hazırlanıb. Sabunsuz və sulfatsızdır. Quru, atopiyaya meyilli olan dərini qıcıqlandırmadan, incə təmizləyir. Məhsulun üstünlükləri: Effektivlik: Dərini qurutmur - 100% Dərini yumşaq təmizləyir - 100% Saçları yumşaq edir - 80% Dərini qidalandırır - 80% Dərini qoruyur - 80% İstifadəsi: az miqdarda nəm dərinin üzərinə sürtmək, köpükləndirmək və sonra yaxşı yumaq lazımdır.

BİŞMƏCƏLƏR ƏLEYHİNƏ KREM 100 ML

13.70 AZN
Bişməcələr əleyhinə sakitləşdirici və qoruyucu krem. İnnovasion tolerant formulası xüsusi olaraq yenidoğulmuşların dərisində bez örtən hissələrin qıcıqlanmasını, qızarmasını qarşısını alır və effektiv bərpa edir. Balanslaşdırılmış pantenolun və vitamin E - nin birləşməsi zədələnmiş dərinin aktiv regenerasiyasına səbəb olur və hüceyrələrin yenilənməsini stimulə edir. Vasitənin tərkibində olan sink oksid (20%) sakitləşdirici və yumuşaldıcı xüsusiyyətlərə malikdir, dərinin qıcıqlanmasını aradan qaldırır. Uşaq üçün hipoallergen kremi yağ ləkələri saxlamır və uşaq bezinin dəyişdirilməsi zamanı rahat istifadə olunur. Hydra-bleine® və şirin badam yağı qidalandırıcı aktiv inqrediyentlərlə uşağın dərisini sidiyin və nəcisin güclü təsirindən qoruyur. 1-2 günə öz təsirini göstərir.
Tərkibi: su, sink oksid, şirin badam yağı; pantenol, tokoferol, setearil spirti; setearil qlükozid, stearil spirti, limon turşusu və s.
Məhsulun üstünlükləri:
Effektivlik:
-Dəri elastikdir - 90% -Dərini sakitləşdirir - 70% -Dəri qıcıqlanmasından qoruyur - 90% -Dərini bərpa edir - 90%
Fizioloji pH:
Dərinin balansını təmin edir. Hipoallergendir, yüksək davamlılığa malikdir, parabensiz, sabunsuz, spirtsiz, fenoksietanolsuz və ftalatsızdır.
İstifadəsi:
Uşaq bezinin dəyişdirilməsi zamanı körpəni yuduqdan sonra kremi sağrı və qasıq nahiyəsinə dərini yaxşı quruladıqdan sonra qalın qatla sürtmək lazımdır. Böyüklərdə də istifadə olunur: dermatitdə, akne, kandidoz, yataq yaralarında, bişməcələrdə.

NƏMLƏNDİRİCİ KREM 150 ML. DERMOPEDİATRİK.

20.00 AZN
Dermopediatriya Yenidoğulmuşlarda və körpə uşaqlarda quru, atopik dermatitə meyilli olan dərini nəmləndirir. Hipoallergen nəmləndirici krem körpələrdə quru dərinin relipidləşməsini təmin edir və qıcıqlanmanı azaldır. Fosfolipidlər uşağın dərisini bərpa edib və qidalandırmaqla təbii fosfolipid təbəqəsini möhkəmləndirir. Provitamin B5 (pantenol) öz bərpaedici xüsusiyyətləri ilə dərinin regenerasiyasına səbəb olur. Aminturşuları və minerallar maddələr uşağın dərisinin qızartısını azaldır Tərkibi: Karite yağı, Alantoin, Vitamin B5; Hydra-Bleine® buğda toxumlarının proteinlərinin və yağlarının əsasında hazırlanıb. Məhsulun üstünlükləri: Effektivlik: Dərini qidalandırır, qıcıqlanmasını götürür - 95% Qızartını azaldır, qıcıqlanmanı zəiflədir - 95% Sakitləşdirir - dartınma hissinin azalması - 28 gün: 77% Dərini nəm saxlayır - 4 saat İstifadəsi:Kremi təmiz quru dəri üzərinə gündə 1-2 dəfə hər gün istifadə etmək tövsiyyə olunur. Gündəlik istifadə üçündür.